Bakıda 7 nəfərin avtomobilini oğurlayan mütəşəkkil dəstə zərərsizləşdirildi

 Bakıda 7 nəfərin avtomobilini qaçıran mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYILAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Hüseynova, Fərhad İsmayılova, Fərid Mahmudova, İlham Nəzərova, İlkin Şahmuradova, Gəncəvi Quliyevə və Rafayel Əsgərova məxsus avtomobilləri qaçırmış Bakı şəhər sakinləri Rühal Həsənov və Asiman Musayev tutulub, Turqut Sadıqlı, habelə Zaqatala rayon sakini Tofiq oğlu Məmmədov isə müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31