Bakıda sərnişin avtobusunda qadın cibgir

Sərnişinləri qarət edən qadın tutulub

Bakıda sərnişin avtobusunda oğurluqla məşğul olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 10-da 44 saylı xətt avtobusunda Nərminə Həsənovanın əl çantasından 300 manat, qızıl üzük və mobil telefon oğurlanıb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Cəmilə Əfsəlova tutulub. Faktla bağlı araşdırma aparılır. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31