Çimərlikdə AİLƏ FACİƏSİ: dayı həyatını bacısı oğluna qurban verdi

Küləkli hava şəraiti çimərliklərdə təhlükəli vəziyyət yaradıb

İyulun 13-də Sabunçu rayonu Pirşağı qəsəbəsi yaxınlığında çimərlikdə dənizdə boğulan iki nəfərlə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, boğularaq ölən 48 yaşlı Nadir Alışovla 14 yaşlı Maşallah Ağatağıyev dayı-bacıoğlu olublar. Hadisədən bir qədər əvvəl N.Alışovun oğlu bibisi oğlu Maşallahın dənizdə batdığını görüb və qışqıraraq atasını çağırıb. Bacısı oğlunun batdığını görən N.Alışov suya atılıb və onu xilas etməyə çalışıb. Lakin onlar küləkli hava şəraitində dalğalar arasında itiblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31