Dövlət Gömrük Komitəsi Mətbuat Xidməti təkzib etdi

“Gömrük xidməti sıralarında Samur Həsənov adlı şəxs işləmir”

Son günlər bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində ölümlə nəticələnən silahlı insident barədə məlumat yayılıb. O da qeyd olunub ki, qətli törədən Samur Həsənov Dövlət Gömrük Komitəsinin mühafizəçisidir. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, bu informasiya həqiqətə uyğun deyil, ümumiyyətlə, gömrük xidməti sıralarında Samur Həsənov adlı şəxs işləmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31