Bibisi qardaşı oğluna telefon ötürnək istədi
14 İyul 2014 17:58 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Elsevər Elçin oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bibisi Nigar İman qızı Nuriyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31