Sumqayıtda sauna yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə bında yerləşən ümumi sahəsi 30 kv.m olan sauna otağının tavanı və divar üzlüyü 10 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31