Evdən içi dolu pul olan seyf oğurlandı
8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb
14 İyul 2014 16:33 KriminalLökbatan qəsəbəsində içində 8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 13-nə keçən gecə, Lökbatan qəsəbəsində yaşayan İlham Əliyevin evindən, içərisində 7800 manat olan dəmir seyf və mobil telefon oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Neymət Əlişov tutulub. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31