Bakıda qadına qarşı kişiyə yaraşmayan hərəkət

Qadını yerə yıxıb döydülər və qarət etdilər

Bakının Nizami rayonunda qadına qarşı iyrənc hərəkət olub. Nizami rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə N.Abdullayev küçəsində qeydə alınıb. Belə ki, küçə ilə gedən 1954-cü il təvəllüdlü Göyçək Bayramova hücuma məruz qalıb. Hücum edən şəxs qadını yumruqla vurub. Daha sonra qadını yerə yıxaraq döyməyə başlayıb. Kişi qadını döydükdən sonra onun qızıl boyunbağısını götürərək qaçıb. Qadın bir müddət yerdə huşsuz qaldıqdan sonra həkim çağırılıb. Həkimlər qadına ilkin tibbi yardım göstəriblər. Göyçək Bayramovanın şikayəti əsasında polis əməliyyata başlayıb. Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmaləddin Qəmbərov tutulub. Hazırda onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31