Kələm dolmasından tiryək çıxdı
14 İyul 2014 14:11 KriminalƏdliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilib Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 14.663 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31