“VAZ”-la “Belarus” toqquşdu
Ölən və yaralanan var
14 İyul 2014 12:52 KriminalLənkəran rayonu, Veravul kəndi ərazisində "VAZ" markalı minik avtomobili və "BELARUS" markalı qoşqulu traktor toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə, minik avtomobilinin sürücüsü - 1994-cü il təvəllüdlü Elmar Ağagül oğlu Şanbanov hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Şabanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31