5 ədəd bıçaq aşkar edilib

Dubay-Bakı aviareysilə gələn Rusiya Federasiyasının vətəndaşı Ruslan Süleymanovun çamadanına gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanl onun şamadanından 5 ədəd bıçaq aşkar edilib. İlkin araşdırma zamanı vətəndaş izahatında həmin əşyaları Nepal Respublikasının Katmandu şəhərində suvenir mağazasından aldığını bildirib. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 5 ədəd bıçaq kustar üsulla hazırlanan - çapıcı, kəsici-deşici xassəyə malik "Kukri" tipli Nepal milli bıçaqları olub və istifadəyə yararlı soyuq silah hesab edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31