Axtarışda olan 9 nəfər saxlanıb
14 İyul 2014 12:45 KriminalVergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. Bu barədə Vergilər Nazirliyindən verilmiş məlumata görə, ibtidai istintaqdan yayınan 269 şəxsin məcburi qaydada gətirilməsi, 81 şəxsin tapılaraq istintaqa gəlmələri, 112 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 219 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.