351 sahibkar barədə cinayət işi başlanıb
14 İyul 2014 12:42 Kriminal2014-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 351 sayda cinayət işi başlanıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, həmin cinayət işlərindən 75-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 52-si külli və xeyli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 273-ü vergi borcunun ödənilməməsi barədə və 1 iş aksiz markaları ilə markalanmamış malların satış məqsədilə saxlanması faktı barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə, 2-si isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə başlanıb. Hesabat dövründə Departamentin İstintaq idarəsində 184 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 7 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 2014-cü ilin 1-ci yarımilliyi ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 5 milyon 470 min manat dövlət büdcəsinə ödənilməsi təmin edilib. İcraatına xitam verilmiş 139 cinayət işindən 95 iş üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (15 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.