Abşeronda 4 mərtəbəli binada yanğın olub

Abşeron rayonu, Xırdalan şəhərində dördmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın 3-cü mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin döşəməsi və qapı-pəncərəsi yanıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31