5 yaşlı oğlan çayda boğuldu
Hadisə Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində baş verib
11 İyul 2014 19:59 KriminalSalyan rayonu, Seyidsadıqlı kəndi ərazisində 1999-cü il təvəllüdlü Əmirağa Rza oğlu Rzayev Akkuşa çayında çimərkən batıb. FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ə.Rzayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31