Tortda dərman aşkar edilib
11 İyul 2014 16:04 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məəlumata görə, baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31