Kişi traktordan yıxılıb öldü

Sabirabadda isə ruhi xəstə 3-cü mərtəbədən düşüb

Ölkə ərazisində bir gündə iki kişi yıxılaraq ölüb.  Daxili İŞlər Nazirliyinin mətbuat xidmətindən verilib. İlk bədbəxt hadisə Sabirabadda qeydə alınıb. Rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Füzuli rayonu Araz Dilağarda kəndinin ərazisində kənd sakini Elçin Məmmədov isə traktordan düşüb. O, Qocəhmədli kənd sakini Ramil Məmmədovun idarə etdiyi "Belarus" markalı traktorun qoşqusundan yıxılıb. E.Məmmədov aldığı xəsarətdən xəstəxanada ölüb. Xatırlada qki, ötən gün paytaxtda da yıxılma ölüm səbəb olub. Nəsimi rayonu Cavadxan küçəsində azyaşlı Zamiq Kərimov 3-cü mərtəbədən düşərək ölüb. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31