Ruhi xəstə özünü atdı
Sabirabadda intihar hadisəsi baş veri
11 İyul 2014 14:06 KriminalÖtən gün Sabirabadda intihar hadisəsi baş verib. Rayon polis şöbəsindən verilən məlumata görə, rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən özünü atıb. Eston Ağabalayev ağır yaralanıb. Onu təcili yardımla xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, Eston Ağabalayev uzun müddət əsəb xəstəliyində əzab çəkib. Onun ruhi xəstə olduğu bildirilir. Ehtimal olunur ki, o, bu səbəbdən özünü hündürlükdən yer atıb. Faktla bağlı araşdırma aparılır. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31