Azərbaycanlı teleaparıcı ölümdən döndü
"Xəzər" televiziyasının tanınmış simalarından olan Ramal Hüseynovun maşını partlayıb.
12 Avqust 2012 13:06 KriminalPublika.Az xəbər verir ki, bu barədə teleaparıcı Facebook-dakı səhifəsində yazıb. Statusu olduğu kimi təqdim edirik:"Bu gün bir faciənin eşiyindən döndüm... Hələ belə acizlik və qorxu hissi keçirməmişdim...maşınım yandı....((("Hadisə ilə bağlı açıqlama verən Ramal Hüseynov bildirib ki, hadisə Xətai metrosunun yanında hadisə baş verdi: "Qardaşım, qardaşımın qızı və mən avtomobildə idik. Qəflətən mühərrik alovlandı. Tez-tələsik avtomobildən çıxdıq. Şükür Allaha ki, xəsarət almadıq. Avtomobili də vaxtında söndürməyə nail olduq. Hamımız sağ-salamat qurtulduq. Nə yaxşı ki, hadisə yolda gedərkən baş vermədi. Çünki dəhşətli ola bilərdi".R.Hüseynov ona dəyən maddi ziyanın məbləğini də açıqlayıb.""Audi A6" avtomobilidir. Ehtiyat hissələri də çox bahadır. Təxminən 2-3 min manat civarında ziyan dəyib".