Bələdiyyəyə məxsus bina yanıb

Bakı şəhəri, Sabunçu rayonunda qəsəbə bələdiyyəsinə məxsus ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ərazidə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli binanın 1 otağınin döşəməsi 25 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31