Hövsanda qəza

Qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

Yol  Bakıda Hövsan qəsəbəsində 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. ANS TV-nin məlumatına görə, gecə Hövsan qəsəbəsində "Volkswagen" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb və maşın aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 49 yaşlı Məhərrəm Əsgərov dünyasını dəyişib, daha iki sərnişin 50 yaşlı Maya Şirəliyeva və 62 yaşlı Rasim Əliyev müxtəlif dərəcəli bədən xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Hadisənin dəqiq səbəbi hələki məlum deyil. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31