Azərbaycanda əxlaqsızlıqla məşğul olan qadını döyə-dəyə öldürdülər
Qadının azyaşlı qızları cinsi istismara cəlb etdiyi iddia edilir
11 İyul 2014 12:08 KriminalGəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisindəki yataqxanada yaşayan Vəliyeva Firuzə Mahmud qızı yaşadığı ünvanda qonşusu Buleqbayev Kazbek Yusif oğlu tərəfindən amansızlıqla öldürülüb. Qadının evinə gələn qonşusu onu yumruq-təpiklə vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan qadın yerindəcə keçinib. Kazbek Buleqbayev cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.Bildirilir ki, qətlə yetirilmiş qadın şəhərdə "Faya" adı ilə tanınırmış və yüngül həyat tərzi keçirirmiş. Qonşularının iradlarına baxmayaraq qadın həyat tərzini dəyişməyib. Hətta onun azyaşlıları da fahişəliyə cəlb etməsi kimi söz-söhbətlər yayılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.