Ucarda benzindaşıyan maşın qəzaya uğradı, 2 nəfər yanıb öldü
10 İyul 2014 17:31 KriminalUcarda dəhşətli yol qəzası baş verib. Buv barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyulun 9-da saat 11 radələrində Ucar rayonu Ramal kəndinin ərazisində Bakı şəhər sakini Vladislav Roztopiranın idarə etdiyi "Shevrolet-Niva", Ağdam rayon sakini Səbuhi Həsənovun idarə etdiyi "QAZel" və Mingəçevir şəhər sakini Qəzənfər Allahverdiyevin idarə etdiyi (yanacaq daşıyan sistern avtomobil) "Mercedes" markalı avtomobillər toqquşub, "Mercedes" markalı avtomobil aşdığından çənindəki 24 ton 240 litr (A-92) və 14 ton 360 litr (dizel) yanacağı dağılaraq yanıb. S.Həsənov və sərnişinlərindən - Ağdam rayon sakini Cabir Quliyev ölüb, digər sənişini Şaiq Quliyev, habelə Q.Allahverdiyev xəstəxanaya yerləşdiriliblər. BDYPİ tərəfindən araşdırma aparılır.