Sumqayıtda kriminal avtoritet silahla tutuldu
10 İyul 2014 17:29 KriminalSumqayıt polisi şəhərdə silah və qumbara ilə gəzən narkotika alverçisini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tural Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobilə baxış zamanı 10,48 qram həşiş, 1 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb. "OLAYLAR"ın məlumatına görə, Tural Məmmədov kriminal aləmlə əlaqəli şəxsdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31