Astarda qonşular arasında güllələnmə

Astarada güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Olaylar"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyulun 10-da Astara rayonunun Ərçivan kəndində kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31