Türyançay Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, qoruğun ərazisində 10 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31