Tərtərdə 2 otaqlı ev yanıb

 Tərtər rayonu, Bəyimsarov kəndində vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31