Hərbçilər qəzaya düşdü
Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib
10 İyul 2014 12:21 KriminalÖtən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun verdiyi məlumata görə, Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib.Faktla bağlı araşdırma aparılır. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31