Bakı-Qazax yolunda dəhşətli qəza: iki nəfər diri-diri yandı
9 İyul 2014 16:33 KriminalBakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. Buğda daşıyan "QAZel" markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. "QAZel"də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaqdaşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar. Bakı-Qazax yolunda tıxac yaranıb. Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31