Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsi cəhdinin qarşısı alınıb
9 İyul 2014 13:34 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddısinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mirhəsən Miri oğlu Dadaşovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Gülxanım İsrafil qızı Vəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantasında gizlətdiyi 1 ədəd "Motorolla" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31