Mikroavtobus yanğından xilas edildi

Bakı şəhəri, Nəsimi rayonunda qeyri-adi yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, rayon ərazisində 10 kv.m sahədə ağac qırıntıları yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış, vətəndaşa məxsus "MERCEDES" markalı mikroavtobusun qabaq plastik örtükləri qismən əriyib. Avtobus yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31