Qızıl oğurladılar

İyunun 21-də Qala qəsəbəsində yaşayan Sona Pirnəzərovanın evindən, pəncərəni açmaqla 4760 manat və qızıl zinət əşyaları oğurlanmışdır. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Tural Rəsulov və 1996-cı il təvəllüdlü Elşad Şamilov tutulmuşlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31