Dənizdə boğulan xilas edilib
8 İyul 2014 18:23 KriminalDənizdə batma təhlükəsilə üzləşən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Abşeron rayonunda dənizdə ("Fatmayı" sularda xilasetmə məntəqəsindən, təxminən, 500 metr məsafədə, nəzarət olunmayan ərazidə) batma təhükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin "Fatmayı" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31