Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 17 kv.m olan dəmir köşkün içərisinə yığılmış tikinti materialları və ətrafda 50 kv.m sahədə məişət tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31