Sumqayıtda köşk yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus köşkdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 8 kv.m olan dəmir köşkün lambir üzlüyü 5 kv.m sahədə və icərsində olan 2 ədəd televizor yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31