13 il həbsdə yatmış Ağdaş sakini həyat yoldaşını bıçaqlayıb
8 İyul 2014 16:44 KriminalAğdaş şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Ağdaş rayon sakini, 1970-ci il təvəllüdlü Əliyev Əli Hacı oğlu yaşadığı evdə həyat yoldaşı, 1981-ci il təvəllüdlü Fərhadova Roza Əli qızını bıçaqlayıb. Bədəninin müxtəlif nayihələrindən bıçaq xəsarətləri alan Roza Fərhadova Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan R. Fərhadova müalicə üçün Mingəçevir şəhərinə aparılıb.
Qeyd edək ki, Ə. Əliyev 13 il məhkumluq həyatı yaşayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31