Gəncədə yataqxanada yanğın baş verib
8 İyul 2014 13:18 KriminalGəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yataqxananın 5-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 18 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və əşyaları yanıb, digər vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan 1 otaqlı mənzilin lambirdən ibarət arakəsməsi 1 kv.m sahədə əriyib, 1 ədəd soyuducu yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31