Azərbaycanda poçt müdiri özünü asdı
Hadisə Dəvəçi massivi adlanan ərazisində baş verib
7 İyul 2014 17:39 KriminalÖtən gün Şabran rayonunda poçt məntəqəsinin müdiri özünü asıb. ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Dəvəçi massivi adlanan ərazisində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Elvin Zəkiyevin asılmış meyidi tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.
Qeyd edək ki, Elvin Zəkiyev Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub. O, bir neçə gün əvvəl həyat yoldaşından boşanıb və bir övladı var. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31