Rusiyada axtarışda olan şəxs “ASAN xidmət”də saxlanıldı
7 İyul 2014 17:30 Kriminal"ASAN xidmət" Mərkəzinin əməkdaşları Rusiyada axtarışda olan şəxsi aşkar ediblər. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Rusiyada axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilib. Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31