Qadın alt paltarında məhbusa tiryək ötürmək istədi
7 İyul 2014 17:22 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə "Tiryək" və xalis çəkisi 3,038 qram olan narkotik vasitə "Marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31