Siyəzəndə faciə, iki qardaş boğulub öldü

 Siyəzəndə bir ailənin iki üzvü boğulub ölüb. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən aydığı məlumata görə, iyunun 4-də Siyəzən şəhərində yaşayan Seyfulla Zəkiyev Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün oğlanları Elnurun və Rəvanın evdən çixaraq itkin düşmələrini bildirib. Sonradan S.Zəkiyev DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək Elnurun və Rəvanın Zarat kəndinin ərazisindən keçən su kanalında boğulmaları barədə məlumat verib. Görülmüş tədbirlər nəticəsində Rəvanın meyiti iyulun 5-də kanaldan çıxarılıb, Elnurun meyitinin çıxarılması istiqamətində tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31