"Moskva-Bakı" sərnişin qatarının rəisinin otağında qaçaq mal aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda qaçaqmalçılığın qarşısı alınıb

Dövlət Gömrük Komitəsindən (DGK) "Olaylar"a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 96 saylı "Moskva-Bakı" sərnişin qatarının 10-cu vaqonuna gömrük baxışı keçirilib. Baxış zamanı qatar rəisi vəzifəsində çalışan Rusiya Federasiyası vətəndaşı Javoronkov İqor Yevgenyeviç tərəfindən radio qovşağı quraşdırılmış qatar rəisinin xidməti otağında olan masanın arxa hissəsində xüsusi olaraq düzəldilmiş örtüyün arxasında, şitin içərisində gömrük nəzarətindən gizlədilmiş 980 qutu "ParliamentSilverBlue", 250 qutu "True", 80 qutu "Parliament" , 20 qutu "MarlboroSeventy-Twos" markalı siqaretlər və 11 ədəd 0,5 litrlik "İvuşkaLuks" araqları aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31