Azərbaycanda gənc qız qarpızdan öldü
Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib
7 İyul 2014 13:46 KriminalQarpız zəhərlənməsi Bakıda gənc qızın ölümünə səbəb olub. Bu, 17 yaşlı Həsənli Gülarə Sərvan qızıdır. Bakının Suraxanı rayonu, yeni Günəşli massivi 66-cı binada yaşayan xanım ötən gecə özünü pis hiss etdiyindən təcili yardım çağırılıb. Ailə üzvlərinin sözlərinə görə, ilk olaraq gələn təcili tibbi yardım həkimi onun qarpızdan zəhərləndiyini müəyyən edib. Vəziyyəti ağır olduğundan təcili tibbi yardımla aparıldığı ilk xəstəxanada yaşının az olduğu əsas gətirilərək qəbul edilməyib. Sonra yeniyetmə qanköçürmə xəstəxanasına aparılıb. Burada isə həkimlərin cəhdinə baxmayaraq, 17 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31