Bakıda fahişəxana kimi fəaliyyət göstərən otellər
7 İyul 2014 13:09 KriminalBakıda bir neçə otel və istirahət mərkəzlərinin adları fahişəxana kimi hallanıb. "OLAYLAR"ın məlumatına görə, Bakı və bakıətrafı ərazilərdə fəaliyyət göstərən həmin otel və istirahət mərkəzləri konkret olaraq bu işlə məşğul olur. Məlumata görə, Bakının Dərnəgül yolu istiqamətində fəaliyyət göstərən "Grand" otel, Nəsimi rayonu ərazisindəki "İrşad" otel və Masazır qəsəbəsinin girişindəki "Ağ otel" bu cür yolla pul qazanır. Adlarını mədəni istirahət mərkəzi qoyan bu otellər Bakıda insan alverinin məskəni kimi tanınır. Burada hətta fahişəxana ilə yanaşı, qadınların satışı da həyata keçirilir. Oteldə istirahət etməyə gələn hər hansısa müştəriyə qadınlar təklif edilir. Bu cür otellərlə yanaşı Abşeron rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin də qadın alveri ilə məşğul olduqları deyilir. Həmin istirahət mərkəzlərinin adları da məlumdur. Bu cür istirahət mərkəzləri Masazır qəsəbəsindəki "Qəbələ-Laza" və Romi" istirahət mərkəzləri, Xırdalan qəsəbəsindəki "Vulkan" istirahət məkanıdır. Bu mərkəzlər istirahət mərkəzi kimi fəaliyyət göstərsə də, əslində təyinatı başqa cürdür. Həmin mərkəzlər konkret olaraq fahişəxana kimi fəaliyyət göstərir.