Bakıda metronun yaxınlığında qan töküldü

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.  Metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş verən hadisə zamanı 25 yaşlı gənc qarın nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan paytaxt sakini Məmmədov Həbib Möhübbət oğluna cərrahi müdaxilə olunub. 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Məmmədov Həbibə bədən xəsarəti yetirən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31