Bakıda yanğın 100-ə yaxın evi işıqsız qoydu
7 İyul 2014 11:29 KriminalÖtən gecə Bakının Binəqədi rayonu Gülüstan qəsəbəsində yanğın hadisəsi baş verib. anspress bildirir ki, yanğın qəsəbənin 13-cü dalanında quraşdırılan trosformatordan evlərə və ətraf küçələrə cərəyan ötürülməsini təmin edən işıq dirəyində başlayıb. Bir neçə dəqiqə davam edən yanğında xətlərdən biri qırılaraq yola düşüb. Naqillərin alışdığını görən məhəllə sakinləri dərhal rayon enerji idarəsinə və Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.Yanğının baş verdiyi ünvana Binəqədi rayon dövlət yanğından mühafizə hissəsinin və rayon enerji idarəsinin əməkdaşları cəlb olunublar. Qəza nəticəsində qırılaraq yola düşən naqili cərəyandan ayırmaq üçün həmin xətt tronsformatordan söndürüldü. Yüzə yaxın evi enerji ilə təmin edən xəttin yüklənmədən yandığı deyilir.Rayon elektrik idarəsinin əməkdaşı Namizəd Osmanov bütün gecə iş aparılacağını və yanmış naqilin yenisi ilə əvəzlənəcəyini deyib.