Siyəzəndə yanğın söndürülüb
7 İyul 2014 10:51 KriminalFövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunublar.Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31