Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Siyəzən rayonundakı güclü yanğında meşə fondunun 5 hektar ərazisi yanıb

Dünən  saat 15:00 radələrində Siyəzən rayonunda yanğın hadisəsi baş verib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlmata görə, əsən külək yanğının geniş ərazilərə keçməsinə səbəb olub.Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondunu da əhatə edib. Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin rayonun yerli  qurumlarının nümayəndələri cəlb olunublar.İlkin məlumata görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31