Bakıda 4 qardaş mülk üstdə bir-birinə bıçaq çəkdi

Qardaşlar içki məclisindən sonra bıçağa əl atdılar

Bu gecə saat 00:40 radələrində Bakının Qaradağ rayonu ərazisində qardaşlar arasında qanlı dava düşüb.Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakinləri 28 yaşlı Saday Cabrayılov, 33 yaşlı Elvin Cəbrayılov, 34 yaşlı Elnur Cabrayılov və onların ögey qardaşları 21 yaşlı Nahid Nəzimi arasında münaqişə olub. Münaqişə nəticəsində qardaşlar bir-birini bıçaqlayıblar. Qardaşlar evdə olarkən əvvəlcə yeyib-içiblər. Daha sonra qardaşlar şəxsi münasibətlər zəminində dalaşıblar. Qardaşlar əvvəlcə bir-birilə əlbəyaxa olublar. Əlbəyaxa davadan sonra qardaşlar bıçağa əl atıblar. Nəticədə hər 4 qardaş ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə baş verərkən qardaşlar içkili olublar. Onların mülk üstündə dalaşdığı bildirilir. Faktla bağlı araşdırma aparılır. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31