Astarada saxta əskinas satan şəxs tutuldu

 Azərbaycanda daha bir saxta əskinas satan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 3-də Astara rayonunun Şahağacı kəndinin ərazisində naməlum şəxs kənd sakini Nuriyyə Ağabalayevaya məxsus mağazadan ərzaq məhsulları alıb müqabilində saxta 100 manatlıq əskinas verib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Fərid Axundov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31